Macarıstan hökuməti energetika sahəsində fövqəladə vəziyyət elan edib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin dəftərxana rəhbəri Qerqey Quyyaş bildirib.
O, Baş nazir Viktor Orbanın başçılığı altında keçirilən iclasda müvafiq qərarın qəbul edildiyini vurğulayıb.
Bildirilib ki, qarşıdan gələn mövsümə hazırlıq məqsədilə ölkənin yetəri qədər yanacaqla təmin olunması üçün addımlar atılacaq.