Makron: “Dünya Ukrayna böhranının nəticələrini hələ uzun müddət hiss edəcək”

Makron: “Dünya Ukrayna böhranının nəticələrini hələ uzun müddət hiss edəcək”
# 26 iyul 2022 21:23 (UTC +04:00)

Ukraynadakı hərbi münaqişə fonunda dünyada yaranan ərzaq böhranı hələ uzun müddət çəkəcək.

APA xəbər verir ki, bu bardəə Fransa prezidenti Emmanuel Makron Kamerunda qlobal ərzaq təhlükəsizliyinə dair görüşdə deyib.

“On səkkiz ay ərzində müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq”,- deyə Makron bildirib.

Prezident vurğulayıb ki, buna hazır olmaq lazımdır.

Emmanuel Makron əhalinin keyfiyyətli məhsullarla təminatını davam etdirmək, dayanıqlı kənd təsərrüfatını inkişaf etdirməyin vacib olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR