Makron Paşinyanı qəbul edib - YENİLƏNİB

Nikol Paşinyan, Emmanuel Makron

© APA | Nikol Paşinyan, Emmanuel Makron

# 26 sentyabr 2022 22:02 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Parisdə işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Yelisey sarayı məlumat yayıb.

Görüşdə ikitərəfli əlıaqələr və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Makron qeyd edib ki, 2 ölkə arasında danışıqlar bərpa olunmalıdır: "Güc tətbiqi nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu deyil və dialoq dərhal bərpa edilməlidir. Biz də bilirik ki, müzakirəsini gözləyən məsələlər çoxdur. Lakin onlar istisnasız olaraq danışıqlar yolu ilə həll edilməlidir".

***

13.27

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 26-da axşam Yelisey Sarayında Ermənistanın Baş naziri ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR