Makron pensiya islahatı ilə bağlı qanunun ilin sonuna qədər qüvvəyə minəcəyini bildirib

Makron pensiya islahatı ilə bağlı qanunun ilin sonuna qədər qüvvəyə minəcəyini bildirib
# 22 mart 2023 17:03 (UTC +04:00)

Fransa hökumətinin təklif etdiyi pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna qədər qüvvəyə minməlidir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində deyib.

“Bu mətn demokratik yolunu davam etdirəcək” deyən Makron, parlamentdəki müzakirələr və qanun layihəsinin qəbulundan sonra hökumətə etimad səsverməsi də daxil olmaqla bütün formal prosedurlara əməl edildiyini xatırladıb: “Biz qanun layihəsi ilə bağlı Konstitusiya Şurasının rəsmi mövqeyi gözləməliyik”.

O, həmçinin islahatın ilin sonuna qədər qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR