Makron Tokioda NATO ofisinin açılmasına qarşı çıxır

Makron Tokioda NATO ofisinin açılmasına qarşı çıxır
# 05 iyun 2023 22:32 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Yaponiyanın paytaxtı Tokioda NATO ofisinin açılması təklifi ilə razılaşmır, çünki o, bu sahəni alyans üçün prioritet hesab etmir.

APA xəbər verir ki, bu barədə “Financial Times” bazar ertəsi mənbələrə istinadən yazıb.

Adı açıqlanmayan Fransa rəsmisinin sözlərinə görə, dövlət başçısı hesab edir ki, alyans öz coğrafiyasını “Şimali Atlantika” ilə məhdudlaşdırmalıdır.

Bundan əlavə, Paris hesab edir ki, belə bir NATO ofisinin açılması “Çinin Avropaya inamını sarsıda bilər”. Fransa “NATO ilə Çin arasında gərginliyə səbəb olan hər hansı təşəbbüsü dəstəkləmək istəmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR