Makron və Boris Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Emmanuel Makron və Boris Conson

© APA | Emmanuel Makron və Boris Conson

# 26 iyun 2022 15:35 (UTC +04:00)

Britaniyanın baş naziri Boris Conson bu gün Almaniyada keçirilən G7 Sammitində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, liderlər Ukrayna böhranını müzakirə ediblər. Onlar bildiriblər ki, hazırkı məqam münaqişənin gedişi üçün kirtikdir və müharibənin gedişatını dəyişə bilər. Həm baş nazir, həm də prezident Makron müharibədə və gələcək danışıqlarda Ukraynanı dəstəkləməyin vacibliyini vurğulayıblar. Prezident Makron Boris Consonun Ukraynaya davamlı hərbi dəstəyini yüksək qiymətləndirib.

Liderlər müdafiə və təhlükəsizlik də daxil olmaqla, Böyük Britaniya və Fransa arasında əməkdaşlığı davam etdirmək və genişləndirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR