Makronun inaqurasiya mərasimi olub

Emmanuel Makronun andiçmə mərasimi

© APA | Emmanuel Makronun andiçmə mərasimi

# 07 may 2022 13:41 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçirilib.

APA xəbər verir ki, mərasim Yelisey Sarayında baş tutub.

Andiçmə mərasimində çıxış edən Prezident Emmanuel Makron Fransa xalqına ona etimad göstərdiyi üçün təşəkkür edib.

O çıxışında ölkə üçün hədəflər, Avropada sabitlik, şərqi Avropada təhlükəsizlik və iqlim dəyişikliyinə dair qlobal öhdəliklər barədə danışıb.

"Fransız xalqı mənə ikinci mandat verdi və növbəti beş il üçün mənə etibar etdi. Bilirəm ki, buna uyğun addımlar atmalıyam. Bu kövrək bir etimaddır, azadlıq, dəyərlərimiz sınaq altındadır", - Makron çıxışında bildirib.

O, həmçinin məşğulluq və iş yerlərini artırılmasına və Fransanı ekoloji gücə çevirməyə söz verib.

İnaqurasiya mərasimində Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikola Sarkozi də iştirak edib.

Qeyd edək ki, Emmanuel Makron aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Marine Le Penə qalib gələrək növbəti beş il müddətinə prezident seçilib. Emmanuel Makron son 20 ildə ikinci dəfə prezident seçilən ilk prezidentdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR