Mariupoldan mülki vətəndaşların evakuasiyası davam edir

Mariupoldan mülki vətəndaşların evakuasiyası davam edir
# 02 may 2022 13:47 (UTC +04:00)

Mariupoldan mülki vətəndaşların evakuasiyanın ikinci mərhələsi davam edir.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib.

"Evakuasiya davam edir. İlkin razılaşmaya görə, Manquş və Berdyanskdan insanlar da öz nəqliyyat vasitələri ilə təxliyə konvoylarına qatıla bilər", - o deyib.

Ukraynalı rəsmi bildirib ki, təxliyə şərti sükut şəraitində həyata keçirilir: "Sükut şərtidir, çünki dünəni nəzərə alsaq avtobuslar "Azovstal"ı tərk edən kimi yenidən atəşə başlamışdılar".

Qeyd edək ki, Prezident Zelenski bildirib ki, mayın 1-də 100-dən çox mülki vətəndaş "Azovstal"dan təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR