Marneulidə 15 yaşlı qız evdən qaçıb

Marneulidə 15 yaşlı qız evdən qaçıb
# 03 fevral 2023 11:49 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun kəndlərindən birində 15 yaşlı qız evdən qaçıb.

APA-nın Gürcüstan bürosu “Aktual.ge” portalına istinadən xəbər verir ki, hadisə fevralın 2-də baş verib. Bir neçə gün əvvəl zorla nişanlandırıldığı bildirilən yeniyetmənin dünən səhər saat 4 radələrində evdən qaçdığı bildirilir.

Ailəsi məsələ ilə əlaqədar polisə müraciət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmənin axtarışına başlayıb.

Hazırda onun harada olduğu bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR