Medvedev: "Rusiya ilə bağlı tribunal yaratmaq cəhdləri axmaqlıqdır"

Medvedev: "Rusiya ilə bağlı tribunal yaratmaq cəhdləri axmaqlıqdır"
# 06 iyul 2022 13:40 (UTC +04:00)

Ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur və potensial olaraq bəşəriyyətin varlığını təhdid edir.

APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev ölkə rəsmilərinin Ukraynadakı müharibəyə görə beynəlxalq tribunal qarşısına çıxarılması perspektivi haqqında "Telegram"dakı paylaşımında bildirib.

“Mən Rusiyanın hərəkətlərinin qondarma təhqiqatı üçün tribunallar və ya məhkəmələr yaratmaq cəhdlərini axmaqlıq adlandırıram. Bu təkliflər təkcə hüquqi cəhətdən etibarsız deyil, həm də ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur və potensial olaraq bəşəriyyətin varlığını təhdid edir”, - Medvedev deyib.

Eyni zamanda, o, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın apardığı hərbi əməliyyatları və müharibələri xatırladıb.

“Vyetnam, Koreya, Yuqoslaviya, İraq, Kuba, Əfqanıstan və Suriya bu cür işğalların nə qədər fəlakətli nəticələrinin olduğunu yaxşı bilirlər – siyahı uzundur və daim yenilənir. "Global Research"də dərc olunan araşdırmaya görə, Amerika İkinci Dünya müharibəsi bitdikdən sonra 37 ölkədə 20 milyondan çox insanı öldürüb. Fikir verin - 20 milyondan çox! Bu məqalənin müəllifi Ceyms A Lukas ədalətli sual verir: ABŞ digər ölkələrdə nə qədər “11 sentyabr” nümayiş etdirib? Cavab on minə yaxındır. Beləliklə, bizim üçün həmin məhkəmə şousunu kim aparacaq? Cəzalandırılmadan insanları öldürən, hərbi cinayətlər törədənlər, lakin onların maliyyələşdirdiyi beynəlxalq strukturlarda əsl qınaqla qarşılaşmayanlar? Onların müstəsnalığına və cəzasızlığına bu qədər inananlar? Başqalarını mühakimə etmək hüququna sahib olduqlarına inananlar? Bütün bunlar Rusiya ilə işləməyəcək”, - Medvedev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR