Məhkəmə Saakaşvilinin həbsdə qalmasına qərar verib

Məhkəmə Saakaşvilinin həbsdə qalmasına qərar verib
# 06 fevral 2023 21:01 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatəti təmin etməyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu gün təxminən 2 ay davam edən məhkəmə dinləmələrinin sonuncu iclası keçirilib.

Hakim Giorgi Arevadze Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına qərar verib.

Mixeil Saakaşvili iclasdan sonra etdiyi “Facebook” paylaşımında məhkəmənin qərarını özünün “ölüm hökmü” adlandırıb və ölümcül xəstəliklərlə həbsdə saxlanılacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR