Mer: "Mariupol epidemioloji  fəlakətin astanasındadır"

Mer: "Mariupol epidemioloji  fəlakətin astanasındadır"
# 24 iyun 2022 05:34 (UTC +04:00)

Ukraynanın Mariupol şəhərində 22 min insan müharibənin qurbanı olub.

APA-nın xəbərinə görə, bu barədə şəhərin meri Vadim Boyçenko məlumat verib. O, dağıntıların həcmini nəzərə alaraq real rəqəmin daha yüksək ola biləcəyini diqqətə çatdırıb. Boyçenko Mariupolun infrastrukturunun 90%-nin məhv olduğunu vurğulayıb. O, hazırda şəhərdə 100 mindən çox sakinin susuz və işıqsız qaldığını bildirib. Merin sözlərinə görə, Mariupol epidemioloji fəlakət astanasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR