Meriya Mariupolda ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb

Meriya Mariupolda ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb
# 25 may 2022 10:35 (UTC +04:00)

Ukraynanın Mariupol şəhərində ən azı 22 min nəfər öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə açıqlamasında Mariupol merinin müşaviri Petro Andriuşçenko bildirib.

O, bu rəqəmin hələ də şəhərdən çıxa bilməmiş meriya rəsmilərindən əldə edildiyini qeyd edib.

Andriuşçenko real rəqəmlərin bundan daha çox olduğuna inandığını vurğulayıb.

Meriya işçisi bildirib ki, öldürülənlərin meyitlərinin morqlardan götürülməsi zamanı müraciət edən şəxslər rusiyalı hərbçilər tərəfindən videoya çəkilir və onlardan meyitini götürüləcəyi şəxsin ukraynalı hərbçilər tərəfindən öldürüldüyünü “etiraf etmələri” tələb olunur.

Qeyd edək ki, ötən gün Ukrayna rəsmiləri Mariupoldakı çoxmərtəbəli binalardan birinin qalıqlarının təmizlənməsi zamanı zirzəmidən 200 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR