Məşhur italyan modelyer Nino Çerruti vəfat edib

Nino Çerruti

© APA | Nino Çerruti

# 16 yanvar 2022 03:14 (UTC +04:00)

Dünyaca məşhur olan italiyalı modelyer və sahibkar Nino Çerruti Verçelli şəhərində (Pyemont bölgəsinin şimalı) xəstəxanada vəfat edib.

APA “la Repubblica” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl 92 yaşlı modelyer omba nahiyəsindən əməliyyat olunaraq xəstəxanaya yerləşdirilmişdi

Çerrutinin rəhbərliyi altında bir çox moda xadimləri, o cümlədən “Giorgio Armani” də karyeralarına başlayıb. Həmçinin, o, “Ferrari Formula 1” komandasının rəsmi dizayneri idi.

Qeyd edək ki, Nino Çerruti 1930-cu ildə anadan olub. Modelyer 1950-ci ildə ailə biznesinə yiyələnib. 1957-ci ildə Milanda ilk dəfə Hitman geyim xəttini təqdim etdikdən sonra məşhurlaşıb. 1967-ci ildə Parisdə ilk dəfə “Cerruti 1881” butiki açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR