Məşhur narkobaron Macarıstanda saxlanılıb

Məşhur narkobaron Macarıstanda saxlanılıb
# 22 iyun 2022 02:55 (UTC +04:00)

Braziliya polisi Macarıstanda keçirdiyi əməliyyatda məşhur narkobaron Serjio Roberto de Karvalhonu həbs edib.

APA xəbər verir ki, etdiyi əməllərin həcminə görə ona “Braziliyanın eskobarı” ləqəbi verilmişdi.

Braziliya polisi bildirib ki, əməliyyat İnterpolla birgə həyata keçirilib. Keçmiş polis zabiti olan karvaho saxta sənədlərlə Avropada məskunlaşmışdı. İspaniyada həbs edildikdən sonra girov müqabilində azad edilən Karvalho saxta ölüm şəhadətnaməsi ilə məsuliyyətdən yayına bilib.

Polis ötən payızda 100 milyon nağd pulu ələ keçirdikdən sonra məşhur narkobaron barədə beynəlxalq axtarış elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR