Metsola Kipr məsələsinin həllində BMT-nin sülh planının vacibliyini bildirib

Roberta Metsola

© APA | Roberta Metsola

# 09 sentyabr 2022 14:07 (UTC +04:00)

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Kipr məsələsinin həllində BMT-nin sülh planının vacibliyini qeyd edib.

APA xəbər verir ki, o, bu barədə Kipr Nümayəndələr Palatasının xüsusi iclasında çıxışı zamanı deyib.

Metsola bildirib ki, Avropa İttifaqı tarix üçün nümunədir, “burada ölümcül düşmənlər tərəfdaşa çevrildi, divarlar yıxıldı”.

O diqqətə çatdırıb ki, Avropanın bərpa etmək, yaraları sağaltmaq gücü var və burada - qitənin sonuncu bölünmüş paytaxtında Avropa İttifaqı xalqları bir araya gətirmək üçün bu təcrübəsindən istifadə etməlidir. BMT-nin sülh planının himayəsi altında və Aİ-nin ortaq dəyərlərinə uyğun olaraq vahid Kiprin təmin edilməsi vacibdir.

“İrəliləyişin yeganə yolu BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq icmalara əsaslanan regional federasiyalar əsasında vahid, suveren Avropa dövlətinin olmasıdır”, - Metsola vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR