Milan su altında qalıb

Milan su altında qalıb
# 26 aprel 2022 03:25 (UTC +04:00)

İtaliyanın Milan şəhərində yağan güclü yağış şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.

APA “ANSA”ya istinadla xəbər verir ki, hazırda mütəxəssislər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.

İtaliyanın Lombardiya bölgəsinin hökumətinin təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Qranelli sosial şəbəkədə Sevesoda suyun səviyyəsinin qalxdığını bildirib.

Əməliyyat xidmətləri fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Daşqından zərər çəkənlər barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR