MN: Belçika Ukraynaya silah tədarükünü davam etdirəcək

MN: Belçika Ukraynaya silah tədarükünü davam etdirəcək
# 09 iyun 2023 14:17 (UTC +04:00)

Belçika hökuməti Ukraynaya hərbi yardım çərçivəsində silah tədarükünü davam etdirəcək.

APA xəbər verir ki, bunu Belçika müdafiə naziri Lüdvin Dedonder (Ludivine Dedonder) yerli “Le Soir” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, Belçika avtomatlarının Belqorod vilayətinə hücum edən silahlıların əlinə keçməsi ilə bağlı sorğuya rəsmi Kiyevdən cavab gözləyir, lakin bununla yanaşı, ölkəsi Ukraynaya hərbi yardımı dayandırmayacaq:

“15 iyunda Ukrayna üzrə təmas qrupunun görüşü olacaq, əgər o vaxta qədər cavab verilməsə, müdafiə naziri Aleksey Reznikovla bu barədə danışacağam”.

Dedonder onu da vurğulayıb ki, Ukraynaya tədarük edilən silahların hər bir partiyası digər dövlətlərə hücumlar üçün deyil, yalnız Ukrayna ərazisinin müdafiəsi üçün istifadə edilməli olduğunu nəzərdə tutan sənədlə müşayiət olunur.

Bu sənəd həmçinin, insan hüquqlarına və beynəlxalq normalara hörmət edilməsinin vacibliyini bəyan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR