Moldova Baş naziri fövqəladə vəziyyətin uzadılmasını istəyib

Nataliya Qavrilitsa

© APA | Nataliya Qavrilitsa

# 05 oktyabr 2022 18:15 (UTC +04:00)

Moldovanın Baş naziri Nataliya Qavrilitsa bu həftə sonu başa çatacaq 60 günlük fövqəladə vəziyyət rejimin uzadılmasının vacibliyini bəyan edib.

APA xəbər verir ki, Baş nazir bunu hökumətin iclasında deyib.

“Fövqəladə vəziyyət üzrə komissiya bu gün hökumətə və ölkə parlamentinə fövqəladə vəziyyət rejiminin növbəti 60 gün müddətinə uzadılmasını təklif edib. Ölkənin üzləşdiyi böhran və risklərin idarə olunması üçün bu çox vacibdir”, – deyə o bildirib.

Rejimin qüvvədə olduğu müddət ərzində komissiya ölkədə təbii qazın və digər enerji mənbələrinin istifadəsinin tənzimlənməsinə nəzarəti həyata keçirə biləcək. Həmçinin, bu müddət ərzində büdcə vəsaitləri ayıracaq, KİV-in fəaliyyətini koordinasiya edəcək və digər təxirəsalınmaz tədbirləri həyata keçirəcək.

Baş nazir onu da qeyd edib ki, Moldova təbii qazın verilməsində yarana biləcək fasilələrlə əlaqədar keçən ilin sonlarından bu rejimdədir. Əlavə səbəb kimi həmçinin, Ukraynadakı vəziyyət də göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR