Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıla bilər

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıla bilər
# 29 mart 2023 12:34 (UTC +04:00)

Moldova hökuməti parlamentə ölkədə fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə qərar Moldova Nazirlər Kabinetinin bu gün keçirilən iclasında təsdiq edilib.

Ölkənin daxili işlər naziri Anna Revenko iclas zamanı qəbul edilmiş “Fövqəladə vəziyyət rejiminin aprelin 5-dən bütün ölkə üzrə 60 gün müddətinə uzadılması haqqında” sənədi səsləndirərək qeyd edib ki, fövqəladə vəziyyətin uzadılması Ukraynadakı müharibə, qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı səbəbindən, həmçinin hibrid müharibəyə qarşı mübarizə ilə əlaqədar zəruridir.

Qeyd olunub ki, gələn həftə ölkə parlamentinin bu təklifi müzakirə edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR