Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılır

Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılır
# 21 sentyabr 2023 14:34 (UTC +04:00)

Moldova parlamenti fövqəladə vəziyyət rejiminin daha 60 gün müddətinə uzadılması barədə səs verib.

APA TASS-a istinadən xəbər verir ki, səsvermə Ukraynadakı mövcud situasiya ilə əlaqədar keçirilib.

Hakim partiyanın 56 deputatının səsverməsi ilə hökumətin təqdim etdiyi təklif qəbul edilib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin müddəti oktyabrın 2-də başa çatırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR