Moldovada NATO hərbçilərinin təlimləri başlayıb

Moldovada NATO hərbçilərinin təlimləri başlayıb
# 27 mart 2023 10:11 (UTC +04:00)

Moldovada NATO alyansına üzv ölkələrin xüsusi təyinatlı bölmələrinin təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Moldovanın təlim mərkəzlərindəki poliqonlarda Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ ordularının xüsusi təyinatlı bölmələrinin birgə hərbi təlimləri keçirilir və bu təlimlər 7 aprelədək davam edəcək.

“Hərbçilər atıcılıq, paraşütlə tullanma, eləcə də səhra manevrləri üzrə təlimlər həyata keçirəcək”, - Nazirlik bildirib.

Həmçinin əlavə olunub ki, hərbi texnikanın Moldova avtomobil yollarında hərəkəti ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edilib.

Qeyd edək ki, Moldovada NATO ilə əlaqələndirmə ofisi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR