Monteneqroda prezident seçkiləri keçiriləcək

Monteneqroda prezident seçkiləri keçiriləcək
# 19 mart 2023 05:05 (UTC +04:00)

Bu gün Monteneqroda prezident seçkiləri keçiriləcək.

APA RTS televiziya və radio kanalına istinadən xəbər verir ki, dövlət başçısı postuna 7 namizəd var.

Hazırkı dövlət başçısı, sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç, Yeni Serbiya Demokratiya Partiyasının lideri Andriya Mandiç, “Vahid Monteneqro” Partiyasının rəhbəri Qoran Daniloviç, “Demokratik Monteneqro” Partiyasından Aleksa Beçiç, iqtisadçı Yakov Milatoviç və digərləri prezidentlik uğrunda mübarizə aparacaqlar.

Səsvermədə 542 min vətəndaş iştirak edə biləcək.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan saat 20:00-dək (Bakı vaxtı ilə saat 10:00-23:00) açıq olacaq. Seçicilərin yarıdan çoxunun səs verdiyi namizəd prezident seçiləcək.

Namizədlərdən heç biri 50%-lik baryeri keçə bilməsə, aprelin 2-də səsvermənin ikinci turu təyin ediləcək.

Birinci turda ən çox səs toplayan iki namizəd arasında seçim olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR