Mövlud Çavuşoğlu Estoniyaya səfər edib - YENİLƏNİB

Mövlud Çavuşoğlu Estoniyaya səfər edib - YENİLƏNİB
# 31 yanvar 2023 22:08 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edib.

APA xəbər verir ki, bu barədə nazir"Twitter" hesabında paylaşım edib.

"Budapeştdəki görüşlərimizdən sonra biz NATO müttəfiqimiz Estoniyanın paytaxtı Tallin şəhərindəyik", - deyə paylaşımda qeyd olunub.

***

Saat 17:28

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, fevralın 1-də baş tutacaq səfər Estoniya XİN rəhbəri Urmus Reinsalunun dəvətilə gerçəkləşdiriləcək.

Görüşlərdə iki dövlət arasında münasibətlər, Türkiyə - Avropa İttifaqı əlaqələri və beynəlxalq məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR