Müdafiə naziri: Tezliklə Finlandiya və Türkiyə NATO müttəfiqləri kimi əməkdaşlığa başlaya bilər

Müdafiə naziri: Tezliklə Finlandiya və Türkiyə NATO müttəfiqləri kimi əməkdaşlığa başlaya bilər
# 08 dekabr 2022 14:42 (UTC +04:00)

"Tezliklə Finlandiya və Türkiyənin NATO müttəfiqləri kimi də əməkdaşlığa başlayacağına ümid edirik".

APA xəbər verir ki, bunu Ankarada səfərdə olan Finlandiyanın müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla mətbuata birgə açıqlamasında deyib.

"Finlandiya və Türkiyənin müdafiə sahəsində qarşılıqlı əlaqələri yaxşı vəziyyətdədir. Ümid edirəm ki, biz mümkün qədər tez NATO müttəfiqləri kimi əməkdaşlığa başlaya bilərik", finlandiyalı nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR