Müdafiə Nazirliyi: İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

Müdafiə Nazirliyi: İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək
# 23 mart 2023 20:16 (UTC +04:00)

İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında məlumat verilib.

“Müdafiə naziri Marqarita Robles bu gün Sevilya şəhərindəki Santa Barbara Sistemas silah zavoduna baş çəkib və burada gələn həftənin sonunda Ukraynaya göndəriləcəyi gözlənilən altı Leopard 2A4 tankının istismara verilməsini yoxlayıb. Hazırda texnikanın son poliqon sınaqları həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyinin açıqlamasında həmçinin qeyd olunur ki, texnikanın əsaslı təmiri rekord müddətdə başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR