Müharibə başlayandan Ukraynaya 23 milyard dollar yardım edilib

Müharibə başlayandan Ukraynaya 23 milyard dollar yardım edilib
# 18 noyabr 2022 22:28 (UTC +04:00)

Rusiya Ukrayna müharibəsi başlayandan Kiyevə 23 milyard dollardan çox maliyyə yardımı edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Ukraynanın baş naziri vurğulayıb ki, bu məbləğin 4,8 milyardı Avropa İttifaqı (Aİ), 8,5 milyard dolları isə ABŞ tərəfindən verilib.

O əlavə edib ki, Ukrayna hökuməti 2023-cü ildə Aİ-dən 18 milyard avro məbləğində maliyyə yardımı paketi gözləyir.

Baş nazir bildirib ki, bu, büdcə kəsirini ödəmək üçün istifadə ediləcək.

Həmçinin gələn il 37,7 milyard dollar məbləğində maliyyə yardımının ayrılması üçün ABŞ Konqresindən təsdiq gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR