Müharibədə həlak olan 49 ukraynalı hərbçinin meyiti qaytarılıb

Müharibədə həlak olan 49 ukraynalı hərbçinin meyiti qaytarılıb
# 06 dekabr 2022 15:49 (UTC +04:00)

Müharibədə həlak olan 49 ukraynalı hərbçinin meyiti qaytarılıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi "Facebook"da bildirib.

"Bu gün cəsədlərin növbəti təhvil-təslimi baş tutub - 49 qəhrəmanımızın meyiti Ukraynaya qaytarılıb. İndi biz hüquq-mühafizə orqanları ilə birlikdə mümkün qədər çox meyitin qaytarılması üçün əlimizdən gələni edirik. Bu son dərəcə çətin proseslərdə iştirak edən hər kəsə təşəkkür edirəm, çünki müdafiəçilərimizin yaxınlarının onlarla ləyaqətli şəkildə vidalaşması şərəf məsələsidir!" - itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko bildirib.
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi itkin düşmüş şəxslər üzrə müvəkkil təyin olunduğu vaxtdan bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçmiş 827 müdafiəçinin meyitini vətənə gətirməyə nail olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR