Müharibəni dəstəkləyən rus və belarus ifaçıları Estoniyaya buraxılmayacaq

Estoniya Baş naziri Kaya Kallas

© APA | Estoniya Baş naziri Kaya Kallas

# 21 aprel 2022 14:18 (UTC +04:00)

Estoniya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən və buna haqq qazandıran rus və belarus ifaçılarını və mədəniyyət xadimlərini ölkəyə buraxmayacaq.

APA xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kaya Kallas "Facebook" hesabında bildirib.

"Bu gün hökumət qərar verdi ki, Rusiyanın təcavüzünə və Putinin əməllərinə dəstək verən rus və belarus ifaçılarını, mədəniyyət xadimlərini Estoniyaya buraxmayacağıq.
Əksər müəssisələrdə, tədbir təşkilatçılarında və bələdiyyələrdə mənəvi kompas var. Bununla belə, hələ də müharibəyə haqq qazandıran sənətçilərin konsertlərini planlaşdıran bir neçə nəfər var. Ona görə də bu gün hökumət qərara gəldi ki, belə sənətkarlar Estoniyaya gələ bilməz. Mesajımız konkretdir - Putinin müğənniləri Estoniyada xoş qarşılanmır və onların konsertləri burada baş tutmur.
Müharibədə hər şey ağ-qara olur. Bir ölkə digərinə hücum edib. Günahsız, dinc insanları qətlə yetirən Putin rejimidir. Buna haqq qazandıran hər kəs qara tərəfdədir", Baş nazir Kallas vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR