Nadir almaz 28,8 milyon dollara satılıb

Nadir almaz 28,8 milyon dollara satılıb
# 10 noyabr 2022 04:13 (UTC +04:00)

Nadir tapılan almaza Cenevrədə müştəri tapılıb.

APA xəbər verir ki, “Christie’s” hərrac evinin 25 milyon dollara satışa çıxardığı “Fortune Pink” adlı çəhrayı almaz 28,8 milyon dollara satılıb. Cəmi 4 dəqiqə çəkən hərracda müştərinin adı açıqlanmasa da, asiyalı olduğu bildirilir.

18,18 karatlıq almaz üçün 4 iddiaçı yarışıb. Cəhrayı almazların kütləsi adətən 0,1 karatı keçmədiyi üçün onların qiyməti xüsusilə bahadır. Çəhrayı almazla yanaşı 2 adi almazın da bərkidildiyi üzük Fransanın məşhur Pino ailəsinə məxsus olub. Bu, dünyada ikinci ən bahalı bəzək əşyasıdır. 2017-ci ildə Honqkonqda hərraca çıxarılmış çəhrayı almaz 71 milyon dollara satılmışdı.

Qeyd edək ki, çəhrayı almaz Asiya ölkələrində uğur simvolu hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR