NATO: Almaniya, İtaliya və Macarıstandan olan döyüş təyyarələri Baltik səmasında patrul xidməti aparacaq

NATO: Almaniya, İtaliya və Macarıstandan olan döyüş təyyarələri Baltik səmasında patrul xidməti aparacaq
# 31 iyul 2022 03:58 (UTC +04:00)

Almaniya, İtaliya və Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri avqust ayından etibarən Baltik səmasında xidmət aparacaq.

APA-nın məlumatına görə, bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Dörd Almaniya qırıcısının Litva, Latviya və Estoniyanın hava məkanında patrul xidmətində iştirak edəcəyi bildirilir.

Macarıstanın “JAS-39” təyyarələri Litvanın hava məkanını qoruyacaq.

Polşanın Malbork aeradromunda yerləşdirilən İtaliya qırıcıları da Baltik üzərində uçacaqlar.

Gələn qırıcıları ispan, fransız və belçikalı pilotla əvəz edəcək.

NATO ölkələrinin aviasiyası Litva, Latviya və Estoniyanın hava məkanını 2004-cü ildə Alyansa daxil olduqdan sonra onların hava qüvvələrinin öz döyüş təyyarələrinin olmaması səbəbindən patrul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR