NATO Baş katibi Finlandiya Prezidenti ilə üzvlük məsələsini müzakirə edib

Sauli Niinistö, Yens Stoltenberq

© APA | Sauli Niinistö, Yens Stoltenberq

# 28 aprel 2022 15:05 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Prezident Niinistö məni Finlandiyada NATO-ya potensial üzvlüklə bağlı müzakirələr haqqında məlumatlandırdı. Müttəfiqlər bizim çox yaxın tərəfdaşlığımızı və Finlandiyanın Avro-Atlantik təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirir", Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR