NATO Baş katibi İsveç və Finlandiya xarici işlər nazirləri ilə görüşəcək

NATO Baş katibi İsveç və Finlandiya xarici işlər nazirləri ilə görüşəcək
# 20 yanvar 2022 13:50 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq İsveç və Finlandiya xarici işlər nazirləri ilə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 24-də Yens Stoltenberq İsveç xarici işlər naziri Ann Linde və Finlandiya xarici işlər naziri Pekka Haavistonu qəbul edəcək.

Xatırladaq ki, Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbləri meydana çıxdıqdan sonra İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR