NATO Baş katibi müavininin mandatı uzadılıb

NATO Baş katibinin müavini Mirça Coana

© APA | NATO Baş katibinin müavini Mirça Coana

# 31 mart 2023 17:34 (UTC +04:00)

NATO Baş katibinin müavini Mirça Coananın mandatı uzadılıb.

APA xəbər verir ki, bu barədə qərarı NATO-nun Baş katibi Yens Stoltenberq verib.

"Onun siyasi bacarığı, təcrübəsi transatlantik Alyansımız üçün güclü aktiv olmağa davam edir. Onun xidmətlərinə görə mən onun Baş katibin müavini kimi mandatını bir il, 2024-cü il oktyabrın ortalarına qədər uzatdım. Mirçaya fədakarlığına görə təşəkkür edirəm və birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm", - NATO Baş katibi Yens Stoltenberq açıqlmasında bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR