NATO Baş katibi: Putinin çıxışı göstərdi ki, müharibə onun planına uyğun getmir

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 21 sentyabr 2022 17:14 (UTC +04:00)

Bu gün Rusiya Prezidenti Putinin çıxışı göstərdi ki, Ukraynadakı müharibə onun hesablamalarına, planına uyğun getmir.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Reuters"ə müsahibəsində deyib.

“Prezident Putin düşünürdü ki, o, bir neçə günə Kiyevi və Ukraynanı götürəcək, ancaq səhv etdi. Bu gün onun səfərbərliklə bağlı qərarı bir daha göstərir ki, Putin yanlış hesablama aparıb və strateji səhvə yol verib”, - NATO Baş katibi vurğulayıb.

Stoltenberqin sözlərinə görə, NATO olaraq hücuma məruz qalmış ölkənin yanında olmaları qanunidir.

Baş katib qeyd edib ki, Rusiya ordusu yaxşı təchiz olunmayıb, orduda komandanlıq zəifdir və ciddi logistika problemləri var: “Ancaq hər bir halda düşünürəm ki, son qərar vəziyyəti daha da gərginləşdirəcək. Bu isə o deməkdir ki, daha çox ukraynalı və rusiyalı hərbçilər öləcək”.

Stoltenberq onu da deyib ki, Putin çox təhlükəli ifadələr işlədir, nüvə müharibəsini qazana bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR