NATO Baş katibi: Rusiya ilə münasibətlərin necə olacağı onun davranışından asılı olacaq

NATO baş katibi Yens Stoltenberq

© APA | NATO baş katibi Yens Stoltenberq

# 30 dekabr 2022 13:53 (UTC +04:00)

"Gələcəkdə Rusiya ilə münasibətlərin necə olacağı onun davranışından asılı olacaq".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində deyib.

"Heç bir şey əvvəlki kimi olmayacaq. Müharibənin başa çatması normal vəziyyətə tam qayıtmaq demək deyil. Gələcəkdə Rusiya ilə münasibətlərin necə olacağı Rusiyanın davranışından asılı olacaq. Düşünürəm ki, bizim yenidən enerji kimi kritik strateji sahələrdə bu qədər asılı olacağımızı təsəvvür etmək çətindir. Çünki Rusiyadan asılılıq hücum nöqtələri yaratdı ki, Rusiya indi onlardan istifadə edərək Ukraynanı dəstəkləməyimizi dayandırmağa çalışır. Qazdan asılılıq bizi həssas vəziyyətə salıb", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR