NATO Baş katibi Şoltsla Finlandiya və İsveçin üzvlüyünü müzakirə edib

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 09 iyun 2022 17:00 (UTC +04:00)

“NATO Sammitinə hazırlıqla bağlı Almaniya Kansleri Olaf Şoltsla yaxşı müzakirəmiz oldu”.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Twitter”də bildirib.

“Mən Almaniyanın Litvada NATO-nun döyüş qrupunun gücləndirilməsi ilə bağlı açıqlamasını və xüsusi müdafiə fondunun təsdiqini yüksək qiymətləndirdim. Biz Ukraynaya, Finlandiya və İsveçin üzvlüyünə davamlı dəstəyi müzakirə etdik”, - Baş katib deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR