NATO Baş katibi və Almaniya XİN rəhbərinin telefon danışığı olub

Yens Stoltenberq, Annalena Berbok

© APA | Yens Stoltenberq, Annalena Berbok

# 12 may 2022 18:19 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Almaniya xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

Telefon danışığı zamanı tərəflər Berlində keçiriləcək NATO ölkələrinin XİN başçılarının toplantısına hazırlığı müzakirə ediblər.

“Nazirlərin növbəti strateji konsepsiyamızı, Ukraynaya davamlı dəstəyi, Finlandiya və İsveçlə əlaqələri müzakirə edəcəyi bu lazımi görüşə ev sahibliyi etdiyi üçün Almaniyaya təşəkkür etdim”, - Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR