NATO Baş katibinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 02 iyun 2023 15:45 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberqin Türkiyəyə səfərinin tarixi açıqlanıb.

APA NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş katib Stoltenberq iyunun 3-4-də Türkiyədə səfərdə olacaq.

NATO Baş katibi iyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Baş katibin həmçinin Prezident Ərdoğan və Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR