NATO: Biz müzakirələrlə bərabər, ərazi bütövlüyü təmin olunmuş Ukrayna istəyirik

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 21 noyabr 2022 14:36 (UTC +04:00)

Əgər biz Ukrayna üçün qəbul edilən siyasi həll yolu istəyiriksə, Ukraynaya yardımımızı davam etdirməliyik.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyası çərçivəsində parlamentarilərin suallarını cavablandırarkən deyib.

“Bəli, biz müzakirələr istəyirik, lakin eyni zamanda, biz azad, suveren və ərazi bütövlüyü təmin olunmuş Ukrayna istəyirik”, - NATO Baş katibi vurğulayıb.

O qeyd edib ki, danışıqlar masasında nəticələrin Ukrayna üçün qəbul edilən olması bu ölkənin döyüş meydanında qazandığı uğurlardan asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR