NATO Latviyada hərbi təlimlərə başlayır

NATO Latviyada hərbi təlimlərə başlayır
# 18 aprel 2022 13:07 (UTC +04:00)

Latviyada NATO təlimləri başlayır.

APA xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-dək davam edəcək təlimlərdə NATO-nun altı müttəfiqi - ABŞ, Böyük Britaniya, Çexiya, Polşa, Estoniya və Litva bölmələri iştirak edəcək.

Latviya Müdafiə Nazirliyi bəyan edib ki, təlimlərin məqsədi milli və müttəfiq qüvvələrin müdafiə tapşırıqları üzrə inteqrasiyasını yaxşılaşdırmaq, Latviya və NATO komandanlıq elementlərinin praktiki hazırlığı, ev sahibi ölkəyə dəstək vermək, döyüş atışları ilə birgə taktiki səhra təlimləri keçirmək və transsərhəd əməkdaşlığı təşviq etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR