NATO-nun Baş katibi koronavirusa yoluxub

NATO-nun Baş katibi koronavirusa yoluxub
# 10 may 2022 22:01 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq COVID19-a yoluxub.

APA xəbər verir ki, bu barədə Baş katib Stoltenberqin sözçüsü Oana Lunçesku bildirib.

Onun sözlərinə görə, Stoltenberqin COVID-19 testinin nəticəsi müsbət çıxıb: "Baş katib peyvənd olunub və buster doza vurudub, hazırda onun yüngül simptomları var. Belçikanın tibbi qaydalarına əməl edərək, o, evdən işləyərək vəzifələrini yerinə yetirməyə davam edəcək", - Lunçesku bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR