NATO-nun Baş katibi Polşa Prezidenti ilə telefonla danışıb

NATO-nun Baş katibi Polşa Prezidenti ilə telefonla danışıb
# 16 noyabr 2022 01:32 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andrej Duda arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Prezident Duda ilə Polşadakı partlayışla bağlı danışdım. İnsan itkisinə görə başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər yaxından məsləhətləşmələr aparır. Bütün faktların müəyyən edilməsi vacibdir", Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR