NATO “Şimal axını” ilə bağlı xəbərdarlıq edib: "Qətiyyətli cavab veriləcək"

NATO “Şimal axını” ilə bağlı xəbərdarlıq edib: "Qətiyyətli cavab veriləcək"
# 29 sentyabr 2022 13:31 (UTC +04:00)

NATO “Şimal axını” qaz boru kəmərlərində baş verən insidentləri təxribat adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Şimal Alyansının bəyanatında bildirilib.

NATO “Şimal axını”nında baş verən sızmanı təxribatın nəticəsi hesab edir, insidenti araşdırmaya çağırır.

“Baltik dənizinin beynəlxalq sularında “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinə dəyən ziyan dərin narahatlıq doğurur. Hazırda mövcud olan bütün məlumatlar bunun qəsdən və məsuliyyətsiz sabotaj aktlarının nəticəsi olduğunu göstərir. Qaz sızması daşınma üçün risklər yaradır və ətraf mühitə ciddi ziyan vurur. Baş verənlərin səbəbini müəyyən etmək üçün araşdırmanın aparılmasını dəstəkləyirik. Biz, müttəfiqlər olaraq, dövlət və qeyri-dövlət subyektləri tərəfindən enerji və digər hibrid taktikalardan istifadəni hazırlamaq, çəkindirmək və ondan müdafiə etmək öhdəliyi götürmüşük. NATO müttəfiqlərinin kritik infrastrukturuna qəsdən edilən istənilən hücum vahid və qətiyyətli şəkildə cavabla qarşılanacaq”, - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR