NATO: Ukrayna Polşaya raketi özünümüdafiə üçün atıb, məsuliyyəti Rusiya daşıyır

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 16 noyabr 2022 16:00 (UTC +04:00)

“İlkin nəticə odur ki, Polşaya atılan raket Ukrayna hərbi hava qüvvələri tərəfindən Rusiyanın qanadlı raketlərini zərərsizləşdirmək və özünü müdafiə etmək üçün atılıb”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı keçirilən fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

O bildirib ki, Polşa tərəfi davam edən təhqiqatla bağlı NATO müttəfiqlərini məlumatlandırır.

NATO Baş katibi deyib ki, noyabrın 15-də axşam Rusiya Ukrayna ərazilərinə kütləvi raket zərbələri endirib: “Araşdırma davam edir və biz nəticəni gözləməliyik. Bunun qəsdən törədilmiş bir hücum olduğuna dair heç bir işarə yoxdur. Həmçinin Rusiyanın NATO-ya qarşı aqressiv hərbi əməliyyatlara başlayacağına dair heç bir hazırlıq əlaməti yoxdur. İlkin analiz odur ki, Ukrayna öz ərazilərini qorumaq üçün və Rusiyanın raket zərbələrini zərərsizləşdirmək üçün qarşı zərbələr endirib. Bu Ukraynanın günahı deyil, baş verənlərdə Rusiya məsuliyyət daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR