NATO Ukraynaya görə sovet nümunələri əsasında mərmi istehsalını artırıb

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 25 noyabr 2022 14:57 (UTC +04:00)

NATO Şərqi Avropada Ukrayna üçün zəruri olan sovet dövrünə aid nümunələr əsasında silahların və mərmilərin istehsalını artırıb.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv olan ölkələrin XİN rəhbərlərinin 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək iclasına həsr olunmuş mətbuat konfransında deyib.

Baş katib Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini verməyə etiraz etməsini şərh edərkən Ukrayna ordusunun arsenalında daha çox sovet dövrünə aid artilleriyanın olmasına diqqət çəkib.

“Biz görürük ki, sovet dövrünə aid nümunələr əsasında Şərqi Avropada istehsal olunan silah və sursatların çeşidləri nəzərəçarpacaq dərəcədə genişlənib. NATO Ukraynaya təcili surətdə lazım olan bu tip silah-sursatların istehsal həcmini xeyli artıra bilib. Buna səbəb ölkənin arsenalında xeyli sayda sovet dövrünə aid artilleriyanın mövcud olmasıdır. Bu artilleriya qurğuları üçün həm sursat, həm də ehtiyat hissələri lazımdır”, Stoltenberq deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR