NATO və tərəfdaş ölkələr Polşada təlimlərə başlayır

NATO və tərəfdaş ölkələr Polşada təlimlərə başlayır
# 01 may 2022 23:51 (UTC +04:00)

Bu gün NATO və tərəfdaş ölkələrin hərbçilərinin iştirakı ilə “Defender Europe” və “Swift Response 2022” beynəlxalq hərbi təlimləri başlayacaq.

APA xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi bildirib.

Təlimlər mayın 27-dək davam edəcək.

Təlim 18 min əsgərin iştirakı ilə keçiriləcək.

“Bunlar heç bir dövlətə qarşı yönəlməyən və regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqəli olmayan dövri müdafiə təlimləridir”, - deyə nazirlik bildirib.

“Xüsusən də su maneələrini dəf etməklə uzun məsafələrə hərəkətin taktiki epizodları, o cümlədən atışlar həyata keçiriləcək”, - nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR