NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıb - YENİLƏNİB

NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıb - YENİLƏNİB
# 05 iyul 2022 13:52 (UTC +04:00)

Üzv ölkələrin NATO yanında daimi nümayəndələri İsveç və Finlandiyanın təşkilata üzvlüyünə dair protokolu imzalayıb.

APA xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.

***

12:24

Finlandiya və İsveç xarici işlər nazirləri NATO-ya üzvlük protokolunu imzalayıb.

APA TASS-a istinadən xəbər verir ki, mərasim NATO-nun Brüsseldəki qərargahında baş tutub.

NATO Baş katibi Yens Stoltenberq hər iki ölkənin alyansa üzvlüyünün ratifikasiyası prosedurunun başlandığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR