NATO-ya üzvlüklə bağlı İsveç-Türkiyə danışıqları dayandırılıb

NATO-ya üzvlüklə bağlı İsveç-Türkiyə danışıqları dayandırılıb
# 28 yanvar 2023 19:22 (UTC +04:00)

İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

O bildirib ki, Quranın yandırılması ilə bağlı aksiyalar fonunda İsveçin NATO-ya üzv olmaq prosesi dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR