Nazir “Mir” kartlarının Türkiyədə qismən işlədiyini açıqlayıb

Nazir “Mir” kartlarının Türkiyədə qismən işlədiyini açıqlayıb
# 27 sentyabr 2022 17:38 (UTC +04:00)

Rusiyanın “Mir” kartlarının Türkiyə ərazisində işləməsi ilə bağlı müvafiq dövlət qurumları işlər aparır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

O qeyd edib ki, bununla belə, “Mir” kartlarıhazırda Türkiyə ərazisində qismən işləyir.

“Müvafiq qurumlarımız daha uzunmüddətli həll yolu tapmaq üçün çalışırlar. Rusiyalı turistlərin nağd pul gətirməsində isə problem yoxdur”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR